Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Satış-yarmarkada qiymətlər bazardakından xeyli ucuzdur

19 fevral 2018 | 16:00

         17-18.02.2018-ci il tarixdə Qax şəhəri Heydər Əliyev prospektində (şəhər parkının qarşısı) kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur. satış-yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara 43 adda müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilib. Məhsullar bazar qiymətlərindən 20-25 faiz ucuz satılıb. Yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin, fərdi təsərrüfat sahiblərinin öz məhsullarını bazara çıxarmasına kömək etmək, bazarlarda süni qiymət artımının qarşısını almaq, istehsalçılarla istehlakçılar arasında əlaqə yaratmaqdır.
           İstehlakçılar yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən razı qaldıqlarını bildiriblər. Satış-yarmarkanın hər həftənin şənbə və bazar günləri təşkil edilməsi nəzərdə tutulur.

Keçidlər