Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qərb bölgəsinin tarixi məkanları ilə tanışlıq rayon məktəblilərinin ürəyincə olacaq

29 mart 2018 | 16:00

       Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qax məktəbliləri martın 15-də səhər saatlarında Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə respublikamızın qərb bölgəsinə yola salınıblar.
      Tur-aksiyada iştirak edən Qax məktəbliləri ilə bir gün əvvəl rayon icra hakimiyyətində keçirilən görüşdə tur-aksiyaların əhəmiyyətindən söhbət açılıb, bu layihənin yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığı vurğulanıb.
     Martın 15-də səhər saatlarında tur-aksiya iştirakçılarını yola salmaq üçün Qax şəhərinin mərkəzindəki meydana toplaşan rayon rəhbərliyi, müəllim və valideynlər məktəblilərə tövsiyələrini veriblər. Yolasalma mərasimində bildirilib ki, məktəbliləri Nizami yurdunda, Şəmkir və Göygöl rayonlarında olduqca maraqlı ekskursiyalar gözləyir. Onlar əvvəlcə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə ətraflı tanış olacaqlar. Bu şəhərin tarixi məkanları - Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsi ilə tanışlıq, Gəncə Dövlət Filarmoniyasının yeni binasına ekskursiya məktəblilərin ürəyincə olacaq.
      Tur-aksiya iştirakçıları Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyi ilə tanış olacaq, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına səfər edəcəklər. Bundan əlavə, məktəblilərin asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün müxtəlif intellektual oyunların, əyləncəli proqramların təşkili də nəzərdə tutulur.
      Qax şəhərindəki 2 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Arzu Bədəlova, 5 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Orxan Məmmədov və digər məktəblilər aksiyada iştirak etdiklərinə görə böyük sevinc hissi keçirdiklərini bildiriblər.
     Tur-aksiya iştirakçılarına hədiyyələr təqdim olunub.
      Sonra məktəblilər onlar üçün ayrılmış avtobusa əyləşərək ölkənin qərb bölgəsinə yola düşüblər.

 

Keçidlər