Home Contact Phone
background
  • Ünvan: Qax rayonu, Azərbaycan prospekti 32
  • Faks: (+994 2425) 5-33-51
  • E-mail: mail@qax-ih.gov.az

Xəbərlər

  • Büdcə zərfinə daxil edilmiş “Əmək pensiya...

    Büdcə zərfinə daxil edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin ləğv edilməsi təklif olunur.

    2020-12-22

    Ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması istiqamətində daha bir addım.

  • Doing Business 2020 hesabatında Azərbaycanın g...

    Doing Business 2020 hesabatında Azərbaycanın göstəriciləri

    2020-12-20

    Dünya Bankı: Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən Doing Business Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilmişdir. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur.

  • İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan v...

    İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edib

    2020-12-18

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekbarın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Boçimikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə cənab Prezident ATƏT-in Minsk qrupu həmsərdlərinin sonuncu dəfə Azərbaycana səfərindən sonra ötən bir il ərzində bölgə və dünyadakı vəziyyətin dəyişdiyini diqqətə çatdırdı.

  • Vətən müharibəsində Qələbəyə həsr olunmu...

    Vətən müharibəsində Qələbəyə həsr olunmuş 10 dekabr tarixində keçirilmiş Zəfər paradı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı

    2020-12-13

    Dekabrn 10-da “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Qələbə paradında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, iki ölkənin dövlət və hökumət üzvləri, həmçinin diplomatik korpusların nümayəndəlikləri də iştirak ediblər.

  • 12 dekabr –Ulu öndər Heydər Əliyevin anım g...

    12 dekabr –Ulu öndər Heydər Əliyevin anım günüdür

    2020-12-11

    Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməzdir.

  • Hərbi qulluqçular təltif edildi

    Hərbi qulluqçular təltif edildi

    2020-12-10

    Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi o cümlədən Vətən müharibəsinin qələbə ilə başa çatması münasibətilə bir qrup hərbi qulluqçunu təltif etmişdir.

  • Azadlıq meydanında Vətən müharibəsində Qəl...

    Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib

    2020-12-10

    Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Qələbə paradında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, iki ölkənin dövlət və hökumət üzvləri, həmçinin diplomatik korpusların nümayəndəlikləri də iştirak ediblər.

  • Laçın işğaldan azad olundu

    Laçın işğaldan azad olundu

    2020-12-04

    Dekabrn 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciət edib. Ölkə başçısı müraciətdə Laçın rayonunun işğaldan azad olunmasını tarixi hadisə kimi qiymətləndirdi. Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı.

  • Qaxda qanvermə aksiyası keçirilmişdir

    Qaxda qanvermə aksiyası keçirilmişdir

    2020-12-03

    Dekabrn 1-də şəhər poliklinikasında B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının səyyar həkim briqadası tərəfindən qanalma aksiyası keçirilmişdir.

  • Azərbaycan Ordusunun bölmələri Laçın rayonun...

    Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub

    2020-12-02

    Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

  • Rayonda koronavirusla mübarizə tədbirləri dava...

    Rayonda koronavirusla mübarizə tədbirləri davam etdirilir

    2020-11-27

    Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsinə qarşı mübarizə tədbirləri çərçivəsində rayonumuzda dezinfeksiya işləri və maarifləndirmə tədbirləri davam etdirilir.

  • Kəlbəcər işğaldan azad olundu

    Kəlbəcər işğaldan azad olundu

    2020-11-27

    Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciət edib. Ölkə başçısı müraciətdə Kəlbəcər rayonunun işğaldan azad olunduğunu və bu günü Azərbaycan xalqının uzun illər ərzində səbirsizliklə gözlədiyini diqqətə çatdırdı.

  • Ağdam işğaldan azad olundu

    Ağdam işğaldan azad olundu

    2020-11-25

    Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciət edib. Ölkə başçısı müraciətdə bildirib ki, Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın nəticəsidir. Və bu üçtərəfli bəyanat Azərbaycanın qələbəsi, torpaqlarımızın qayıtması, bayrağımızın ucaldılmasıdır.

  • Azərbaycan Ordusunun bölmələri Kəlbəcər ray...

    Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub

    2020-11-25

    Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

  • Azərbaycan Respublikasının Prezidenti, Silahlı...

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına 16 noyabr tarixli səfəri

    2020-11-19

    Azərbaycan xalqı Qarabağa həyatı qaytaracaqdır Noyabrın 16-da cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimində iştirak ediblər. Qarabağın tacı olan Şuşa şəhərinə aparan yolun açılışını əlamətdar hadisə adlandıran ölkə rəhbəri bildirdi ki, Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir. Eyni zamanda, bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu böyük quruculuq işlərinin ilk layihəsidir.

  • Azərbaycan Respublikasının Prezidenti, Silahlı...

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər etmişlər

    2020-11-18

    Xalq qalib ordunun Ali Baş Komandanını izdiham ilə qarşılayır Cari ilin 16 noyabr tarixində Füzuli rayonuna səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılanmışdır.

  • 17 noyabr Milli Dirçəliş Günüdür

    17 noyabr Milli Dirçəliş Günüdür

    2020-11-17

    Milli dirçəliş hərəkatı Azərbaycanın müstəqilliyinin bərpa edilməsinə gedən yolda xalqımızın tarixinin əsas hadisələrindən biridir. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda dirçəliş hərəkatı geniş vüsət aldı.

  • Vətən müharibəsində əldə edilmiş qələbə...

    Vətən müharibəsində əldə edilmiş qələbənin və üçtərəfli bəyanatın təbliği

    2020-11-16

    Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı.

  • 12  noyabr Konstitusiya Günüdür

    12 noyabr Konstitusiya Günüdür

    2020-11-12

    Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 25 il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.

  • Şuşanın azad olunması və Qələbə münasibə...

    Şuşanın azad olunması və Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti

    2020-11-12

    Noyabrın 10-da ölkə başçısı İlham Əliyev xalqa müraciət edib. Müraciətində cənab Prezident bildirib ki, bu gün ölkəmiz üçün tarixi bir gündür və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Ə...

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib

    2020-11-10

    Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

  • Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan a...

    Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad etdi

    2020-11-08

    Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib. Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirdilər.

  • Prezident İlham Əliyev Almaniyanın ARD televizi...

    Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə verib

    2020-11-05

    “Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub”- bu sözləri cənab Prezident İlham Əliyev 31oktyabr 2020-ci il tarixdə Almaniyanın ARD televiziyasına verdiyi müsahibəsində deyib.

  • Prezident İlham Əliyev Rusiyanın “İnterfaks...

    Prezident İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib

    2020-10-31

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibə verib. Müsahibəsində Azərbaycan ordusunun döyüş meydanında qazandığı üstünlüyü xüsusilə vurğulayan ölkə rəhbəri işğal edilmiş ərazilərin xeyli hissəsinin bir ay ərzində azad olunduğunu diqqətə çatdırdı. Bugün həqiqətən də Azərbaycan ordusu dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Ə...

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti

    2020-10-30

    Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciət edib. Müraciətində ikinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir deyən ölkə rəhbəri Azərbaycan ordusunun döyüş meydanında tarixi ədaləti bərpa etdiyini diqqətə çatdırdı.

əvvəlki [4] növbəti