Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycan Ordusu müstəqil dövlətçiliyimizin keşiyində hər an ayıq-sayıq dayanır

28 iyun 2018 | 16:00

         Azərbaycan Silahlı Qüvvələri bu gün Cənubi Qafqazda müasir hərbi texnika ilə təchiz edilmiş ən güclü ordudur. Vahid komandanlıq altında etibarla idarə olunan Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi bilik və bacarıqlara yiyələnmiş şəxsi heyəti dövlətimizi və xalqımızı təhdid edə biləcək hər bir təcavüzkara yetərincə cavab vermək gücündədir. Ordu sıralarında xidmət edən hər bir azərbaycanlı xidmət müddətini həyatının ən şərəfli dövrü sayır.
        Bu fikirlər Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə iyunun 25-də şəhərdəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib.
       Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzmüş, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
      Tədbirdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək Milli Ordunun yaradılması, möhkəmləndirilməsi və döyüş hazırlığının yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışmışdır. Bildirmişdir ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Milli Ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılmışdır. Qeyd edib ki, müstəqil dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanan Milli Ordumuz bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzü bərpa etməyə və işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etməyə tam hazırdır.
       Tədbirdə çıxış edənlər çıxışlarında çətin, kəşməkəşli və şərəfli quruculuq yolu keçən Milli Ordunun 100 illik şanlı tarixindən geniş bəhs etmişlər.
       Sonda Silahlı Qüvvələrimizdən bəhs edən sənədli film nümayiş olunub.

Keçidlər