Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı hesabat yığıncağı keçirilmişdir

16 iyul 2018 | 16:00

          İyulun 13-də Rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının  yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbirdə yerli inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri,  iş adamları, sahibkarlar, ziyalılar və ictimai təşkilatların nümayəndələri iştirak  etmişlər.
        RİH başçısı Musa Şəkiliyev ilin birinci yarısı ərzində rayonda görülmüş işlərlə bağlı hesabat məruzəsini yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.
       Hesabatın yekununda ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı ölkə rəhbərinin proqram xarakterli nitqindən irəli gələn məsələlərin rayonda icrası istiqamətində işlərin ilin sonunadək uğurla davam edəcəyini bildirmişdir.

Keçidlər