Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ötən dərs ilinin yekunları Qax rayonunun təhsil işçiləri üçün uğurlu olub

10 sentyabr 2018 | 16:00

        Sentyabrın 5-də  rayonumuzda təhsil işçilərinin ənənəvi sentyabr konfransı  keçirilmişdir. Konfransdan əvvəl rayonun qabaqcıl təhsil işçiləri ümummilli lider Heydər Əliyevin  abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
    Konfrans iştirakçıları sonra tədbirin keçirildiyi 2 nömrəli məktəb-liseyin foyesində məktəblilərin əl işlərindən ibarət sərgiyə baxmışlar. Daha sonra rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyevin hesabat məruzəsində 2017/2018-ci tədris ilində görülən işlər ətraflı təhlil olunmuş, qazanılan uğurlar və qarşıda duran vəzifələrdən bəhs edilmişdir.
    Konfransda rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev və Təhsil Nazirliyinin məsul nümayəndəsi Rövşən Ağayev çıxış edərək, təhsil işçilərinə yeni dərs ilində uğurlar arzulamış, tövsiyələrini çatdırmışlar.
    Sonda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara, həmçinin qabaqcıl təhsil işçilərinə fəxri fərmanlar təqdim olunmuşdur.

Keçidlər