Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Meşəbaş kəndinə təbii qaz verilib

26 sentyabr 2018 | 16:00

           Respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi, həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq sentyabrın 19-da  rayonunun Meşəbaş kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
        Tədbirdə çıxış edən RİH başçısı Musa Şəkililyev sakinləri təbrik edərək rayonun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən,  respublikamızın hər yerində olduğu kimi  rayonumuzun yaşayış məntəqələrinin də mərhələli şəkildə qazlaşdırılması məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsindən, möhtərəm Prezidentimizin rəhbərliyi ilə aparılan uğurlu siyasətdən  söz  açmışdır.
         Tədbirdə bildirilmişdir ki, 90 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7 min 105 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilmişdir, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmiş, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaratmışdır.
Tədbirdə çıxış edən  sakinlər kəndə mavi yanacağın verilməsini yüksək qiymətləndirərək göstərilən diqqət və qayğıya görə ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığını bildirmişlər.
           Sonda  alqış sədaları altında kəndə mavi yanacağın verilməsini bildirən məşəl alovlandırılmışdır.

Keçidlər