Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva “Yurd Hotel” mehmanxanasının açılışında iştirak etmişlər

29 oktyabr 2018 | 16:00

        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva oktyabrın 28-də “Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Yurd Hotel” mehmanxanasının açılışında iştirak etmişlər.
        “Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Cuma Əhmədzadə burada yaradılan şərait barədə məlumat vermişdir. O bildirmişdir ki, mehmanxananın inşasına 2017-ci ilin sentyabrında başlanılmış  tikinti işləri bu ilin sentyabrında başa çatdırılmışdır.
        Qax şəhərindən 8,5  kilometr məsafədə yerləşən mehmanxana, İlisu kəndində ümumi sahəsi 3,3 hektar olan “Yaşıl Park” istirahət mərkəzinin ərazisində inşa edilmişdir. Kompleksin tikinti sahəsi 2100 kvadratmetrdir. Yüz yerlik, üçmərtəbəli mehmanxana binasında müxtəlif  kateqoriyalara uyğun 48 otaq var. Otaqlardan 45-i standart, 3-ü ailəvidir. Burada, eyni zamanda, VIP kottec də yaradılmışdır. Mehmanxananın  otaqlarında  müştərilərin rahatlığı üçün ən xırda detallar da nəzərə alınmışdır. Qonaqların asudə vaxtlarının təşkili bu mehmanxana kompleksinin yaradılmasında əsas meyarlardan biri kimi seçilmişdir.
     Turistlərin idmanla məşğul olması üçün ərazidə mini futbol meydançası yaradılmış, eyni zamanda, burada qonaqlara açıq tipli kafe-bar və restoran da xidmət göstərəcəkdir.
       Belə ki, “Yurd Hotel” mehmanxanasında 15 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulmuşdur.

 

Keçidlər