Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Cənub bölgəsinin tarixi məkanları ilə tanışlıq rayon məktəblilərinin ürəyincə olacaq

19 noyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində rayon məktəbliləri noyabrın 18-də səhər saatlarında Lənkəran, Masalı və Astara  marşrutu üzrə respublikamızın cənub bölgəsinə yola salınmışlar.
     Tur-aksiyada iştirak edən rayon məktəbliləri ilə noyabrın 16-da rayon icra hakimiyyətində keçirilən görüşdə tur-aksiyaların əhəmiyyətindən söhbət açılmış, bu layihənin yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığı vurğulanmışdır.
     Noyabrın 18-də səhər saatlarında tur-aksiya iştirakçılarını yola salmaq üçün rayonun mərkəzindəki meydana toplaşan rayon rəhbərliyi, müəllim və valideynlər məktəblilərə tövsiyyələrini vermiş məktəbliləri Lənkəran, Masallı və Astara rayonlarında olduqca maraqlı ekskursiyalar gözlədiyini bildirmişdirlər. Həmçinin məktəblilərin diqqətinə çatdırılmışdır ki, bu bölgə sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. Onlar dörd gün ərzində Lənkəran, Masallı və Astara rayonlarının tarixi məkanları, muzeyləri ilə yaxından tanış olacaq, bu rayonların görməli yerlərini gəzəcəklər. Bundan əlavə, onların asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün müxtəlif intellektual oyunların, əyləncəli proqramların təşkili də nəzərdə tutulmuşdur. Məktəblilər Lənkəran rayonundakı Hirkan Milli Parkına və Xanbulan gölünə ekskursiya edəcək, çay plantasiyaları və sitrus meyvə bağları ilə tanış olacaqlar.
     Şəhər 2 saylı məktəb-liseyin 9-cu sinif şagirdi Sevinc Razıyeva, 3 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Fidan Bazayeva, Qaxilgiloy tam orta məktəbin 10-cu sinif şagirdi Kaxa Otaraşvili, Cəlayir kənd tam orta məktəbin 10-cu sinif şagirdi Aysun Rəcəbli və digər məktəblilər aksiyada iştirak etdiklərinə görə böyük sevinc hissi keçirdiklərini bildirmişlər.
     Sonra məktəblilər onlar üçün ayrılmış avtobusla cənub bölgəsinə yola düşmüşlər.

Keçidlər