Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda “Talassemiyasız həyat naminə” II regional simpozium və ödənişsiz tibbi müayinələr təşkil olunmuşdur

26 noyabr 2018 | 16:00

     Noyabrın 24-də rayonda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Talassemiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” devizi ilə II regional simpozium və ödənişsiz tibbi müayinələr təşkil olunumuşdur.
     Simpoziumda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış Talassemiya Mərkəzinin və Fondun 2005-ci ildən həyata keçirilən “Talassemiyasız həyat naminə” layihəsinin bu xəstəliyə düçar olan insanların müalicə və profilaktikasında rolundan danışılmış, bu sahədə tətbiq olunan diaqnoz və müalicə metodları, reallaşdırılan layihələr, həyata keçirilən kompleks tədbirlərin nəticələri barədə məlumat verilmişdir.
     Tədbirdə RİH başçısının müavini Vəfa Heydərova çıxış edərək, talassemiya xəstəliyinin düzgün diaqnostikası və qarşısının alınmasında regionlarda keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini xüsusi vurğulamış, simpoziumun işinə uğurlar arzulamışdır.
    Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov çıxışında Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı nəticəsində ölkəmizdə səhiyyə sahəsində aparılan islahatların, görülən işlərin, həmçinin Heydər Əliyev Fondunun əhalinin sağlamlığının qorunub saxlanması, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə həyata keçirdiyi genişmiqyaslı layihələrin çox müsbət nəticələr verdiyini bildirmişdir.
    Simpozium çərçivəsində, həmçinin Rayon Mərkəzi Xəstəxanasında talassemiya daşıyıcılığını müəyyən etmək məqsədilə Qax və ətraf rayonlardan olan 250-dən çox sakin ödənişsiz tibbi müayinələrə cəlb edilmişdir.
   Tədbirin sonunda iştirakçı həkimlərə sertifikatlar təqdim olunmuşdur.

 

Keçidlər