Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ölkəmizin hərtərəfli inkişafında gənclərin rolu danılmazdır

01 fevral 2019 | 16:00

        Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan 2 Fevral - Gənclər Günü Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da yüksək səviyyədə qeyd olunmuşdur.
       Əlamətdar gün münasibətilə yanvarın 31-də rayonda keçirilən toplantının iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir  YAP-ın inzibati  binasnda davam  etdirilmişdir.
       Tədbiri giriş sözü ilə açan RİH-in başçısı Musa Şəkiliyev gəncləri təbrik etmiş rayonun, doğma Azərbaycanın inkişafında onlara yeni-yeni uğurlar arzulamışdır. O qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra gənclər ölkəmizin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilmişdir. Rayon gəncləri də dövlət-gənclər siyasətinin həyata keçirilməsində, Prezident İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrinin icrasında fəal mövqe tuturlar.
      Tədbirdə çıxış edən gənclər də dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan razılıq bildirmiş, ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulamışlar.
      Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə fəxri fərman və partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.

 

Keçidlər