Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax İngiloy kəndinin sakinləri ilə görüş keçirilib

21 fevral 2019 | 16:00

         19 fevral 2019-cu il tarixdə rayonun Qax İngiloy kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
         Rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olunmuşdur.  
         Müraciətlərdə kəndin elektrik təchizatının yaxşılaşdırılması, kənd mədəniyyət evinin təmir olunması, kəndə kanalizasiya xəttinin çəkilməsi kimi məsələlər öz əksini tapmışdır.       
        Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Keçidlər