Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Zərnə kəndininin sakinləri ilə görüş keçirilib

07 mart 2019 | 16:00

               5 mart 2019-cu il tarixdə rayonun Ləkit kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
          Rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olunmuşdur.   Müraciətlərdə kənddəki mövcud içməli su mənbəyindən kəndin  yeni yaşayış massivinə su xəttinin çəkilməsi, kənd uşaq bağçasının otaqlarının döşəməsinin təmir olunması, kəndə qaz xəttinin çəkilişinin tezləşdirilməsi, vəfat etmiş şəxsin adında olan pay torpaq sahəsinə görə varislərin dövlət tərəfindən verilən subsidiyanın alınmasında köməklik göstərilməsi və kənd ərazisində yeni qazılmış artezyan quyusunun nə vaxt istifadəyə veriləcəyi kimi məsələlər öz əksini tapmışdır.       
        Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Keçidlər