Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Od Çərşənbəsi” təntənə ilə qeyd edildi

07 mart 2019 | 16:00

         Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su, Od, Torpaq və Axır Çərşənbə günləri qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci od, üçüncü yer, dördüncü çərşənbə küləyin köməyi ilə ağaclar cücərir və baharın gəlməsindən xəbər verir.         
         Martın 5-də rayonun mərkəzi meydanında çərşənbələrdən ikincisi olan od çərşənbəsi təntənəli şəkildə  qeyd olunmuşdur. Təşkilat rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirdə rayon Mədəniyyət evinin özfəaliyyət kollektivlərinin çıxışları tədbir iştirakçılarının ürəyincə olmuşdur. Od çərşənbəsinin rəmzi olan tonqal xüsusilə də uşaqların böyük marağına səbəb olmuşdur. Milli paltarlı qızların tonqal ətrafında birlik rəmzi olan Yallı getməsi yazdan xəbər verirdi. Şən musiqilər, gözəl rəqslər bir- birini əvəz etdi. Bu təntənə ilə çərşənbələr ardıcıl olaraq meydanda rayon ictimaiyyətinin iştirakı   keçiriləcək.


Keçidlər