Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxlılar baharın gəlişinin sevincini yaşayıblar

21 mart 2019 | 16:00

          Xalqımızın ən qədim adət-ənənələrindən olan milli birlik və həmrəylik bayramı Novruz  rayonumuzda da böyük ruh yüksəkliyi ilə qeyd olunmuşdur.
          Baharın gəlişi münasibətilə martın 19-da  şəhərdə ümumrayon bayram şənliyi keçirilmişdir.
         Qax Olimpiya İdman Kompleksinin qarşısındakı meydanda keçirilən bayram tədbirində Novruz tonqalı alovlandırılmışdır. Sonra rayon rəhbərliyi və qonaqlar xalqımızın qədim adət-ənənələrini özündə əks etdirən sərgilərə, guşələrə baxmış, el sənətkarlarının əl işləri və milli mətbəx nümunələri ilə tanış olmuşlar.
        Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev tədbir iştirakçılarını baharın gəlişi münasibətilə təbrik etmiş, milli-mənəvi dəyərlərimizin, qədim adət-ənənələrimizin qorunub saxlanılmasının vacibliyini vurğulamışdır. Xalqımızın qədim el bayramlarından olan Novruzun dövlət səviyyəsində qeyd olunmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini önə çəkən rayon icra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına verdikləri böyük önəm və qayğını yüksək dəyərləndirmişdir.
        Sonra bayram şənliyi rayonun bədii özfəaliyyət, rəqs və folklor kollektivlərinin hazırladıqları maraqlı konsert proqramı ilə davam etmişdir. Novruzun atributları olan Keçəl və Kosa tədbir boyu duzlu- məzəli zarafatları ilə bayram iştirakçılarını doyunca əyləndirmiş, gənc idmançılar öz məharətlərini nümayiş etdirmişlər.

Keçidlər