Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycanın on milyonuncu sakininin dünyaya gəlməsi rayonumuzda da böyük sevinclə qarşılanmışdır

08 aprel 2019 | 16:00

       Azərbaycanın on milyonuncu sakininin anadan olması münasibətilə aprelin 7-də rayonun  Nizami parkında konsert proqramı və fləşmob təşkil olunmuşdur.
       Bayram tədbirində bildirilmişdir ki, müstəqil Azərbaycanın on milyonuncu sakininin dünyaya gəlməsini hər kəs böyük sevinclə qarşılayır. Xalqımız inanır ki, ünvanına bu qədər alqışlar, xoş sözlər söylənən, gəlişini bütün el-oba bayram edən bu körpə müstəqil Azərbaycanın xoşbəxt vətəndaşı kimi böyüyüb cəmiyyətə layiqli vətəndaş olacaqdır.
      Tədbirdə rayonun musiqi və rəqs kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etmiş, uşaqların təqdim etdiyi fləşmob maraqla qarşılanmışdır.
      Bayram tədbiri atəşfəşanlıqla başa çatmışdır.

Keçidlər