Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda tibbi müayinələr davam edir

12 aprel 2019 | 16:00

      Ölkəmizdə əhalinin sağlamlığının qorunması məqsədilə davamlı tədbirlər həyata keçirilmişdir. Prezident İlham Əliyevin tövsiyəsinə uyğun olaraq, altıncı ildir təşkil edilən əhalinin pulsuz kütləvi tibbi müayinəsi aksiyası da məhz belə tədbirlərdəndir. Fevralın 12-dən başlanan tibbi müayinələr rayonda da mütəşəkkil qaydada davam etdirilmişdir. Aksiya çərçivəsində bu günədək 25 mindən çox sakin müayinədən keçərək öz sağlamlıqları barədə məlumat almışdır. Rayonun 28 yaşayış məntəqəsində, həmçinin 122 idarə, müəssisə və təşkilatda tibbi müayinələr artıq başa çatmışdır.
       Rayon Mərkəzi Xəstəxananın poliklinika şöbəsinin müdiri Cəmaləddin Hacıyev  bildirmişdir ki, tibbi müayinələrə rayon üzrə 18 yaşdan yuxarı 40 mindən çox insanın cəlb olunması nəzərdə tutulmuşdur. Müayinələr zamanı ultrasəs, rentgen və digər tibbi aparatlardan geniş istifadə olunmuşdur. Xəstəxananın laboratoriyasında müxtəlif qan analizlərinin aparılması üçün müasir tələblərə cavab verən zəruri tibbi avadanlıq var. Müayinələr zamanı xəstəliklər aşkar edildikdə, belə xəstələr müalicəyə cəlb olunmuşlar.
      Poliklinika müdirinin məlumatına görə, indiyədək müayinədən keçənlərin 2285 nəfərinə ambulator müalicə təyin edilmiş, 27 nəfər stasionar müalicəyə cəlb olunmuşdur. Bundan əlavə, müxtəlif xəstəliklər aşkar edilən 7 nəfər daha geniş müayinə və müalicə üçün paytaxtın tibb müəssisələrinə göndərilmiş, 2 xəstə üzərində isə cərrahiyyə əməliyyatı aparılmışdır.
    Müayinədən keçən rayon sakinləri insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirmişdirlər.

Keçidlər