Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

İngiloy Kötüklü kəndininin sakinləri ilə görüş keçirilib

17 aprel 2019 | 16:00

16 aprel 2019-cu il tarixdə rayonun İngiloy Kötüklü kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
       Rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar  tərəfindən  müraciətlər  qəbul  olunmuşdur.
       Müraciətlər kəndin gənclərdən ibarət futbol komandası üçün futbol topu alınmasını və volleybol setkası alınması, kəndin küçə işıqlarının bərpa olunması, kəndin aşağı hissəsində yaşayan ailələrin içməli su probleminin həllinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.
       Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Keçidlər