Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

YAP rayon Təşkilatı Qadınlar Şurasında Zərifə Əliyevanın 96 illiyinə həsr olunmuş konfrans keçirilmişdir

29 aprel 2019 | 16:00

       YAP rayon Təşkilatı Qadınlar Şurasında Zərifə Əliyevanın anadan olmasının 96 illiyinə həsr olunmuş “Zəriflik simvolu, Baxışlardan boylanan ömür” adlı konfrans keçirilmişdir.
      Tədbir iştirakçıları əvvəlcə foyedə təşkil olunmuş sərgi ilə tanış olmuşlar. Tədbirdə YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Sevil Əsgərovanın “Zəriflik simvolu, Baxışlardan boylanan ömür” adlı məruzə dinlənilmişdir.
      Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmiş Zərifə xanım Əliyeva seçilmiş insanlardan olmuşdur. O, günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Qəlbini şam kimi əridib ondan xeyirxahlıq, işıq umanların yoluna nur çiləmək üçün yaradılmışdı Zərifə xanım Əliyeva. Bu sözlər rayon RİH Başçının müavini Vəfa Heydərovanın çıxışında öz əksini tapmışdır.
      Həkim Günay Məmmədova, rayon Təhsil şöbəsinin əməkdaşı Günay Mahmudova, şəhər bələdiyyəsinin sədr müavini Günel Məmmədova, şairə Solmaz Əfəndiyeva və digərləri çıxış etmişlər.
     Sonda iştirakçılara Zərifə xanım Əliyevaya həsr olunmuş video çarx təqdim olunmuşdur.

Keçidlər