Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Faşizm üzərində Qələbənin qazanılmasında Qaxın mərd oğul və qızları da böyük rəşadət göstəriblər

09 may 2019 | 16:00

        İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 74 il ötür. Qələbənin təmin olunmasında azərbaycanlıların da böyük rolu olmuşdur. Müharibə illərində həmvətənlərimiz ön və arxa cəbhələrdə böyük fədakarlıqlar göstərmiş, 700 minə yaxın azərbaycanlı döyüşlərə yollanmış, onların 300 mindən çoxu amansız müharibədən geri qayıtmamışdır. Müharibədə Qax rayonunun mərd oğul və qızları da böyük rəşadət göstərmişlər.
       Faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da  rayonun rəhbər işçiləri və ictimaiyyətin nümayəndələri 1941-1945-ci illərin Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə Qax şəhərində ucaldılmış abidə kompleksin, həmçinin müharibədə böyük şücaət göstərərək Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerliləri Məmmədəli Məmmədovun abidəsi önünə gül-çiçək düzmüş, müharibə qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
       Bildirilmişdir ki, müharibədə iştirak edən 6 minə yaxın qaxlı döyüşçünün yarısı geri qayıtmamışdır.

 

Keçidlər