Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti regional tədbir rayonda keçirilmişdir

14 iyun 2019 | 16:00

     “Ailə Akademiyası” layihəsi uğurla davam etdirilir. Layihənin davamı olaraq, növbəti regional tədbir Qax rayon İcra Hakimiyyəti ilə birgə İsmayıllı, Zaqatala, Balakən, Qəbələ, Oğuz rayonlarının və Şəki şəhərinin aktiv bələdiyyə orqanlarının nümayəndələrinin iştirakı ilə 12 iyun 2019-cu il tarixində rayonun Heydər Əliyev Mərkəzində keçirilmişdir.
     Tədbiri giriş sözü ilə açan  rayon İcra Hakimiyyətinin başçısının müavini Vəfa Heydərova tədbir iştirakçılarını salamlayaraq, layihənin əhəmiyyəti barədə çıxış etmişdir.
     Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva respublikamızda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən Dövlət Proqramlarından, bu istiqamətdə qəbul edilən qanunlardan söhbət açaraq bildirmişdir ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərmiş, milli adət-ənənələrimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi  möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlamışdır.
    Tədbir iştirakçıları layihənin əhəmiyyəti barəsində çıxışlar etmiş, eyni zamanda regional tədbirdə İsmayıllı, Zaqatala, Balakən, Qəbələ, Oğuz rayonlarının və Şəki şəhərinin bələdiyyə nümayəndələrinin çıxışları dinlənilmiş, mövzu ətrafında müzakirələr aparılmışdır.

Keçidlər