Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Dövlət Qulluqçularının peşə bayramı qeyd olundu

25 iyun 2019 | 16:00

       İyunun 22-də Dövlət Qulluqçularının peşə bayramı  münasibətilə rayonumuzda tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir RİH-in akt zalında davam etmişdir.
        Rayonun rəhbər işçilərinin, hüquq-mühafizə orqanlarının yerli qurumlarının rəhbərlərinin, ziyalıların, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev bildirmişdir ki, dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilmişdir. Respublikamızda demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolu və Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü elan olunması qərara alınmışdır. Musa  Şəkiliyev onu da bildirmişdir ki, Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” Qanundur.  Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuş, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilmişdir. M.Şəkiliyev həmçinin, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən söhbət  açmış, bu uğurlu siyasətin bu gün də onun layiqli davamçısı prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.    Tədbirdə çıxış  edənlər  respublikada dövlət qulluqçularına göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev minnetdarlıqlarını bildirmişlər.
          Tədbirin  sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə  görə və Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə bir qrup dövlət qulluqçusu RİH-in və Dövlət İdarələri və İctimai Xİdmət İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsinin fəxri fərmanları ilə təltif edilmişdir.

Keçidlər