Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Böyük Alatəmir kəndininin sakinləri ilə görüş keçirilib

04 iyul 2019 | 16:00

       02 iyul  2019-cu il tarixdə rayonun Böyük Alatəmir kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü  keçirilmişdir.
       Rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən     müraciətlər   qəbul olunmuşdur.
      Müraciətlər  magistral yoldan kəndə giriş hissəsində düz xəttin qırıq-qərıq xətlərlə əvəz olunması, gənclər üçün futbol geyim formalarının alınmasına köməklik göstərilməsi, kənddəki parkın yenidən qurulması və ünvanlı sosial yardım alınmasına köməklik  göstərilməsi  ilə bağlı olmuşdur.
     Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Keçidlər