Meşəbaş kəndininin sakinləri ilə görüş keçirilib
23 iyun 2019-cu il tarixdə rayonun Meşəbaş kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfində müraciətlər qəbul olmuşdur. Müraciətlər kənddə içməli su hövzəsinin çirklənməsinin qarşısının alınması üçün tədbir görülməsi, internetin sürətinin zəif olması, qəzalı elektrik dirəklərinin dəyişdirilməsi, ara küçələrinin təmir olunması və kənddəki elektrik tranformatorunun yenisi ilə əvəz olunması ilə bağlı problemin həll edilməsi ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.