Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

ikigünlük konfrans çərçivəsində dini radikalizmlə mübarizə yolları müzakirə olunub

30 iyul 2019 | 16:00

         Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda keçirilən regional konfrans işini iyulun 29-da “Dini radikalizmlə mübarizə və maarifləndirmə” adlı panel iclasla davam etdirib.
         Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov Prezident İlham Əliyevin dinə və dindarlara diqqət və qayğısından bəhs etmiş, rayondakı dini durum barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
         Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycanın dünyaya zəngin multikulturalizm modeli təqdim etdiyini deyərək. bildirmişdir ki, tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı Azərbaycanda multikulturalizm siyasətinin banisi ulu öndər Heydər Əliyevdir. Ümummilli Liderin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
         Dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları barədə də məlumat verən G.İsmayılov vurğulamışdır ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işinin aparılmasından ibarətdir. Sədr müavini ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışaraq qeyd etmişdir ki, dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir.
         Sədr müavini onu da vurğulamışdır ki, dinimizin əsas məqsədlərindən biri də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır.
       Təqdimatla çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dinin cəmiyyətdəki funksiyaları barədə danışmış. R.Əsgərov, eyni zamanda, cəmiyyətimiz üçün real təhlükə olan dini fanatizm, dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları barədə məlumat vermişdir.
      Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

 

Keçidlər