Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Dəymədağlı kəndininin sakinləri ilə görüş keçirilib

06 avqust 2019 | 16:00

     06 avqust 2019-cu il tarixdə rayonun Dəymədağlı kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
    Rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar  tərəfindən müraciətlər qəbul olmuşdur.  Müraciətlər Almalı və Dəymədağlı kəndləri arasındakı yolun asfaltlanması, artezyan suyunun əhali arasında bərabər paylanması, su probleminin həlli üçün əlavə artezyan quyusunun qazılması, pay torpaq sahələrinə gedən yolun təmir olunması üçün  köməklik göstərilməsi ilə bağlı olmuşdur. 
     Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Keçidlər