Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Sarıbaş kəndininin sakinləri ilə görüş keçirilib

22 avqust 2019 | 16:00

     21 avqust 2019-cu il tarixdə rayonun Sarıbaş kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
         Rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar  tərəfindən müraciətlər qəbul olmuşdur.  Müraciətlər Kəndə gedən yolda Kürmük çayının üzərində körpü salınması,  odun tədarükü ilə bağlı köməklik göstərilməsi, kəndin tibb məntəqəsinə kadrın təyin olunması, fermerlərin sərhədyanı ərazilərdə qarşılaşdıqları çətinliklərin həllinə köməklik göstərilməsi, Kənddə turizmin inkişafı məqsədi ilə ekoturizmin, aqroturizmin inkişaf etdirilməsi  ilə bağlı olmuşdur. 
      Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Keçidlər