Home Contact Phone
background
  • Ünvan: Qax rayonu, Azərbaycan prospekti 32
  • Faks: (+994 2425) 5-33-51
  • E-mail: mail@qax-ih.gov.az

Xəbərlər

  • 12  noyabr Konstitusiya Günüdür

    12 noyabr Konstitusiya Günüdür

    2020-11-12

    Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 25 il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.

  • Şuşanın azad olunması və Qələbə münasibə...

    Şuşanın azad olunması və Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti

    2020-11-12

    Noyabrın 10-da ölkə başçısı İlham Əliyev xalqa müraciət edib. Müraciətində cənab Prezident bildirib ki, bu gün ölkəmiz üçün tarixi bir gündür və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Ə...

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib

    2020-11-10

    Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

  • Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan a...

    Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad etdi

    2020-11-08

    Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib. Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirdilər.

  • Prezident İlham Əliyev Almaniyanın ARD televizi...

    Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə verib

    2020-11-05

    “Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub”- bu sözləri cənab Prezident İlham Əliyev 31oktyabr 2020-ci il tarixdə Almaniyanın ARD televiziyasına verdiyi müsahibəsində deyib.

  • Prezident İlham Əliyev Rusiyanın “İnterfaks...

    Prezident İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib

    2020-10-31

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibə verib. Müsahibəsində Azərbaycan ordusunun döyüş meydanında qazandığı üstünlüyü xüsusilə vurğulayan ölkə rəhbəri işğal edilmiş ərazilərin xeyli hissəsinin bir ay ərzində azad olunduğunu diqqətə çatdırdı. Bugün həqiqətən də Azərbaycan ordusu dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Ə...

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti

    2020-10-30

    Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciət edib. Müraciətində ikinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir deyən ölkə rəhbəri Azərbaycan ordusunun döyüş meydanında tarixi ədaləti bərpa etdiyini diqqətə çatdırdı.

  • Prezident İlham Əliyev ABŞ-ın “FoxNews” te...

    Prezident İlham Əliyev ABŞ-ın “FoxNews” televiziya kanalına müsahibə verib

    2020-10-30

    Hərbi əməliyyatlara Ermənistan başlayıb və məqsədi danışıqlar prosesini tamamilə pozmaq idi. Bu sözləri cənab Prezident İlham Əliyev 25 oktyabr tarixində ABŞ-ın “Fox News” televiziyasına müsahibəsində deyib.

  • Dəm qazı təhlükəsi !

    Dəm qazı təhlükəsi !

    2020-10-30

    Havaların soyuması nəticəsində əhali mənzillər isti olsun deyə qapı və pəncərələri bağlı saxlayırlar. Bu isə qaz cihazlarının istismarı zamanı tüstü bacalarının normal işləmədiyi binalarda əhali arasında dəm qazından zəhərlənmə hallarının baş verməsinə səbəb olur.

  • Prezident İlham Əliyev Fransanın “Figaro” q...

    Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib

    2020-10-29

    24 oktyabr 2020-ci il tarixdə aparılan müsahibədə cənab Prezident İlham Əliyev bildirdi ki, hərbi əməliyyatlara Ermənistan başlayıb. Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər.

  • Rayonda koronavirusla mübarizə tədbirləri dava...

    Rayonda koronavirusla mübarizə tədbirləri davam etdirilir

    2020-10-28

    Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsinə qarşı mübarizə tədbirləri çərçivəsində rayonumuzda dezinfeksiya işləri və maarifləndirmə tədbirləri davam etdirilir.

  • Prezident İlham Əliyev Yaponiyanın “Nikkei”...

    Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib

    2020-10-25

    21 oktyabr 2020-ci il tarixdə ölkə rəhbəri Yaponiyanın nüfuzlu “Nikkei” qəzetinə müsahibə verib. Müsahibəsində cənab Prezident İlham Əliyev bildirmişdir ki, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Minsk qrupu ölkələrinin paytaxtlarında Xarici İşlər nazirlərinin görüşməsi təbiidir. Moskvaya da səfər edilmiş və orada da görüş olmuşdur. Bu cür görüşlər əvvəllər də dəfələrlə olmuşdur. Beləliklə bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır.

  • Prezident İlham Əliyevin 20 oktyabr tarixli xalq...

    Prezident İlham Əliyevin 20 oktyabr tarixli xalqa müraciəti

    2020-10-22

    Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciət edib.

  • Prezident İlham Əliyev Rusiyanın TASS informasi...

    Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib

    2020-10-22

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib. Müsahibəsində Azərbaycanın tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqliyini bildirən ölkə rəhbəri Azərbaycanın münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə tərəfdar olduğunu bildirdi.

  • Oktyabrın 17-də Azərbaycan Respublikasının Pr...

    Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib

    2020-10-20

    Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciət edib. Müraciətində düşmənin son günlərdə Gəncə və Mingeçevir şəhərlərini raket atəşinə tutması nəticəsində ölən və yaralananların olduğuna münasibət bildirən ölkə rəhbəri vurğulayıb ki, Ermənistan rəhbərliyi məsuliyyətə cəlb olunmalı, dünya ictimaiyyəti bu cinayətə öz qəzəbini bildirməlidir.

  • Prezident İlham Əliyev Türkiyənin “A Haber...

    Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib

    2020-10-19

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber ” televiziya kanalına müsahibə verib. Müsahibəsində cənab Prezident Ermənistanın hərbi cinayət törətdiyini, döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açdığını, birinci Qarabağ savaşında da bele halların müşahidə olunduğunu bildirdi. Məhz Xocalı soyqırımını törədənlərin də həmin mənfur Ermənistan olduğunu vurğulayan ölkə başçısı bunun insanlığa qarşı cinayət olduğunu qeyd etdi.

  • 18 oktyabr-Milli Müstəqillik Günüdür

    18 oktyabr-Milli Müstəqillik Günüdür

    2020-10-18

    Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən 29 il ötür.

  • Prezident İlham Əliyev Rusiyanın Ria Novosti ag...

    Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupuna müsahibə verib

    2020-10-17

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 16-da Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupuna müsahibə verib. Müsahibəsində cənab Prezident Ermənistanın yeni əraziləri işğal etməyə hazırlaşırdığını, Ermənistanın müdafiə nazirinin bu bəyanatla açıq-aşkar çıxış etdiyini, Azərbaycana daim hədələr və təhqirlər səslənirdiyini diqqətə çatdırdı.

  • Azərbaycan Respublikasının Prezidenti: "F...

    Azərbaycan Respublikasının Prezidenti: "Füzuli şəhəri və daha 7 kəndi azad edildi"

    2020-10-17

    “Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndi və Füzuli şəhəri işğalçılardan azad edilib”.

  • Prezident İlham Əliyev Türkiyənin “Haber Tü...

    Prezident İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib

    2020-10-16

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 14-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Müsahibəsində cənab Prezident bildirib ki son günlərdə Ermənistan Silahlı Qüvvələrinin döyüş meydanında agır məğlubiyyətə uğraması səbəbindən düşmən çirkin əməllərə əl atır. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeyə çevrilib. Azərbaycan xalqı bütün bunları Xocalı soyqırımının timsalında görüb.

  • Prezident İlham Əliyev Türkiyənin “Haber Glo...

    Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib

    2020-10-14

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib. Cənab Prezident müsahibəsində bildirib ki, atəşkəslə bağlı əldə olunmuş razılaşma real həyatda baş vermədi. Ermənistan hökuməti beynəlxalq məsuliyyətsizliyi davam etdirərək Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edir və bütün dünya bunu təkrar görür.

  • Ermənistan və Azərbaycan arasında humanitar at...

    Ermənistan və Azərbaycan arasında humanitar atəşkəs elan edildi

    2020-10-12

    Rusiyanın paytaxtı Moskvada oktyabrın 9-dan 10-a keçən gecə keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin 11 saatlıq üçtərəfli görüşündən sonra atəşkəslə bağlı bəyanat qəbul edilib. Son 20 ildə Qarabağa dair ən uzun müddətli danışıqların sonunda qəbul olunan bəyanata əsasən, 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

  • Azərbaycan Prezidenti İlham Əliyev CNN-Türk te...

    Azərbaycan Prezidenti İlham Əliyev CNN-Türk televiziyasına müsahibə verib

    2020-10-08

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib. - Cənab Prezident İlham Əliyev, “CNN Türk”ə xoş gəldiniz. Azərbaycanın tarixi günlər yaşadığı bir zamanda bu müsahibəni verdiyiniz üçün təşəkkür edirik. Mən vaxt itirmədən dərhal suallarıma keçirəm. Əvvəlcə əməliyyatlarda son vəziyyət necədir, planlaşdırıldığı kimi irəliləyirmi? İşğal altındakı nə qədər torpaq azad olundu?

  • Prezident İlham Əliyev Rusiyanın “Pervıy Kan...

    Prezident İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib

    2020-10-07

    Prezident İlham Əliyev oktyabrın 6-da Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi bu gün “Pervıy Kanal” televiziyasında yayımlanıb.

  • Prezident İlham Əliyevin Azərbaycan xalqına 4 ...

    Prezident İlham Əliyevin Azərbaycan xalqına 4 oktyabr tarixli müraciəti

    2020-10-06

    Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib : “Əziz həmvətənlər. Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

əvvəlki [5] növbəti