Turaclı kəndininin sakinləri ilə görüş keçirilib
08 oktyabr 2019-cu il tarixdə rayonun Turaclı kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olmuşdur. Müraciətlər içməli su və suvarma suyu probleminin həllinə və kəndin ara küçələrinə asfalt tökülməsinə köməklik göstərilməsi, Kənddə qurunt sularının kənara çıxarılması üçün köhnə drenaj kanalının bərpa olunması ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.