Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Marsan kəndininin sakinləri ilə görüş keçirilib

15 oktyabr 2019 | 16:00

           15 oktyabr 2019-cu il tarixdə rayonun  Marsan kəndində Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
         Rayonun aidiyyəti qurumlarının  rəhbərlərinin  iştirakı ilə keçirilən qəbulda vətəndaşlar  tərəfindən müraciətlər qəbul olmuşdur.  Müraciətlər kəndin ara küçələrinin təmir olunmasına köməklik göstərilməsi,  kənd məktəbinin elektrik enerjisində olan problemin və içməli su probleminin həllinə köməklik göstərilməsi, vətəndaşın özünəməxsus bağ sahəsindən qaz xəttinin keçdiyini bildirərək, həmin xəttin bağ sahəsinin kənarına çıxarılması ilə bağlı olmuşdur.
      Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Keçidlər