Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir

18 oktyabr 2019 | 16:00

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibəti ilə oktyabrın 18-də Heydər Əliyev Mərkəzində “Müstəqilliyimiz əbədi, dönməz və sarsılmazdır” mövzusunda rayon tədbiri keçirimişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzmüş, dahi rəhbərin xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri  giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə gəlişindən sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizə və ölkəmizin əldə etdiyi uğurlar barədə danışmiş, Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın regionda lider dövlətə çevrildiyini xüsusi vurğulamışdır.
Məruzədə və tədbirdə çıxış edənlər dövlət müstəqilliyimizin bərpa edildiyi ilk illər Azərbaycan tarixinin mürəkkəb və çətin, eyni zamanda, şərəfli  olduğundan söz açmış, müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycan artıq yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan ölkə kimi tanındığını qeyd etmişlər.
Tədbirin sonunda müstəqil Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edən film nümayiş olunmuşdur.

Keçidlər