Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Üçrəngli bayrağımız müstəqilliyimizin rəmzi, qürur mənbəyimizdir

11 noyabr 2019 | 16:00

9 noyabr – Dövlət Bayrağı Günü Qax rayonunda da silsilə tədbirlərlə qeyd olunub.
         Əlamətdar gün münasibətilə noyabrın 9-da şəhəRdə keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
        Sonra gənclərin iştirakı ilə bayraq yürüşünə start verilmişdir. Yüzlərlə gənc əllərində üçrəngli Azərbaycan bayrağı tutaraq şəhərin Heydər Əliyev prospekti ilə hərəkət etmiş, hər zaman müqəddəs sandığımız ay-ulduzlu bayrağımıza hörmət və ehtiramlarını bildirmişlər. Yürüş iştirakçıları şəhər sakinlərinin alqışları ilə müşayiət edilmişlər.
        Sonra gənclər Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igid həmyerlilərinin məzarları üzərinə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
       Yürüş Bayraq Meydanı kompleksinin qarşısında başa çatmışdır.
       Bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, başımız üzərində dalğalanan üçrəngli bayrağın hər bir Azərbaycan vətəndaşı üçün ali dəyər, qürur və mərdlik rəmzi olduğunu bildirmişdir. Vurğulanmışdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. 2009-cu ilin noyabrında Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi, 2010-cu ilin sentyabrında Bakı şəhərində Dövlət Bayrağı meydanının açılması bayrağa olan sevgimizin bariz nümunələridir.
       Bayram tədbiri konsert proqramı ilə başa çatıb.

Keçidlər