Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Cənub bölgəsinin tarixi məkanları ilə tanışlıq rayon məktəblilərinin ürəyincə olacaq

13 noyabr 2019 | 16:00

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində rayon məktəblilərindən ibarət qrup noyabrın 13-də səhər saatlarında Lənkəran-Masallı-Astara marşrutu üzrə respublikamızın cənub bölgəsinə yola salınmışlar.
           Tur-aksiyada iştirak edəcək rayon məktəbliləri ilə noyabrın 12-də rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev dövlətimizin başçısının tövsiyəsi ilə reallaşan tur-aksiyaların əhəmiyyətindən danışıb, belə layihələrin yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığını vurğulamışdır.
          Görüşdə məktəblilərə qurucusu və memarı ümummilli lider Heydər Əliyev olan müstəqil Azərbaycanın qısa müddətdə əldə etdiyi uğurlardan danışılmış, bu siyasətin möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunmuşdur.
          Noyabrın 13-də rayon rəhbərliyi, müəllim və valideynlərin iştirakı ilə keçirilən yola salma mərasimi  başa çatdı.
         Məktəblilər aksiyada iştirak etdiklərinə görə böyük sevinc hissi keçirdiklərini bildirmişlər.
       Sonra məktəblilər onlar üçün ayrılmış avtobusa əyləşərək ölkənin cənub bölgəsinə yola düşüblər.

Keçidlər