Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonumuzun sakinləri Yeni ilin gəlişini böyük coşqu ilə qarşılamışlar

30 dekabr 2019 | 16:00

Respublikamızın hər bir guşəsində olduğu kimi, rayonumuzda da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı böyük sevinc və ruh yüksəkliyi ilə qeyd olunmuşdur. Dekabrın 29-da şəhərin mərkəzi meydanında ümumrayon şənliyi keçirilmişdir.
     Bayramsayağı bəzədilən meydanda keçirilən tədbirdə RİH- başçısı Musa Şəkiliyev çıxış edərək bildirmişdir ki, yola saldığımız 2019-cu il xalqımız üçün uğurlu və yaddaqalan olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində paytaxt Bakı şəhəri ilə yanaşı, ölkənin bütün regionlarının , o cümlədən rayonun sosial-iqtisadi və mədəni həyatında böyük deyişikliklər baş vermiş, əhalinin sosial rifahı daha da yaxşılamışdır.   
Meydana yeni ilin personajları Şaxta baba ilə Qar qızın gəlişi bayram iştirakçılarının, xüsusilə uşaqların böyük sevincinə səbəb oldu. Şaxta baba və Qar qız şənlik iştirakçılarına Yeni il arzularını çatdırmış, uşaqları bayram hediyyələri ilə sevindirmişlər.
    Bir-neçə saat davam edən bayram şənliyi rayonun musiqi və rəqs kollektivlərinin rəngarəng konsert proqramı ilə başa çatmışdır.

Keçidlər