Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

20 Yanvar şəhidlərinin xatirəsi rayonda böyük ehtiramla anılıb

20 yanvar 2020 | 16:00

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən otuz il ötür. Qanlı faciədən uzun illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu vəhşiliyi törədənlərə öz dərin nifrətini bildirir.
Faciənin ildönümü ilə əlaqədar yanvarın 20-də Qax şəhərində izdihamlı anım mərasimi keçirilmişdir. Rayonun rəhbər işçiləri, əmək kollektivlərinin nümayəndələri, məktəblilər, ağsaqqal və gənclər, sadə vətəndaşlar səhər saatlarından başlayaraq axın-axın Şəhidlər xiyabanına gələrək Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igid həmvətənlərinin məzarları üzərinə qırmızı qərənfillər düzmüş, şəhidlərin ölməz xatirəsini ehtiramla yad etmişlər.
Daha sonra YAP rayon təşkilatının inzibati binasında keçirilən dəyirmi masanın iştirakçıları əvvəlcə foyedə məktəblilərin “Qanlı Yanvar “ mövzusunda çəkdikləri rəsmlərdən ibarət sərgiyə baxmışlar.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev  Yanvar faicəsini doğuran səbəblər və onun acı nəticələri barədə danışmış, 20 Yanvarı xalqımızın azadlıq mübarizəsinin şanlı səhifəsi kimi qiymətləndirmişdir. Tədbirdə qeyd olunmuşdur ki, həmin qanlı hadisədən otuz il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, faciənin səbəbkarlarını lənətləyir. Nümayiş olunmuş 20 Yanvar hadisələrindən bəhs edən ədəbi-bədii kompazisiya qana susamış imperiya qüvvələrinin 1990-cı ilin soyuq və şaxtalı yanvar gecəsində Bakı şəhərində dinc əhaliyə qarşı törətdikləri qanlı terror hadisələrini bir daha göz önünə gətirmişdir.
Həmin gün saat 12.00-da rayonun bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər