Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Gənclər günü qeyd olundu

02 fevral 2020 | 16:00

        Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər respublikamıza rəhbərliyinin bütün dövrlərində sağlam gəncliyin, bu dövlətə sahib dura biləcək, onu inkişaf etdirəcək bir nəslin yetişməsinə çalışıb. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə yeniyetmə və gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açılır.
Hər il olduğu kimi bu il də Qax rayonunda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə  bayram tədbiri keçirilmişdir.
Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov çıxış edərək 2019-cu ilin Qax gəncləri üçün əlamətdar və yaddaqalan olduğunu bildirmiş, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışmışdır. Bildirilmişdir ki, qaxlı gənclər bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd edirlər. Bu da təsadüfi deyildir. Onlar 2019-cu ildə rayonun ictimai-siyasi həyatında fəallıq nümayiş etdirmiş, təhsil, idman, incəsənət və digər sahələrdə yüksək uğurlar qazanmış, milli-mənəvi dəyərlərimizin qorunmasına layiqli töhfələrini vermişlər.
Gəncləri əlamətdar gün münasibətilə təbrik edən rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin öz siyasətində gələcəyimiz olan gənclərə daim böyük önəm verdiyini vurğulamışdır. Bildirmişdir ki, Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər siyasəti sahəsində qəbul edilən normativ hüquqi aktlar, gənclərin ümumrespublika forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarının və icra mexanizmlərinin müəyyən edilməsində mühüm rol oynayıb. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir. Bu siyasət gənclərin təlim-tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, onların cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.
Tədbirin sonunda  2019-cu ildə rayonun ictimai-siyasi, təhsil, idman, incəsənət və digər sahələrdə uğur qazanan gənclərinə rayon icra hakimiyyətinin, Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim olunmuşdur.

 

 

 

Keçidlər