Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayonumuzdakı şöbəsinin yeni binasının açılışı olub.

20 fevral 2020 | 16:00

Fevralın 19-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon üzrə şöbəsinin yeni tikilmiş inzibati binası  istifadəyə verilmişdir.
Açılış mərasimi əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin Mərkəzi Meydanında  ucaldılmış  abidəsi  önünə gül dəstələrinın  qoyulması ilə başlanılmışdır.Tədbirdə çıxış edən Azərbaycan Respublikasının SHXÇDX Xidmət rəisi, general-leytenant Arzu Rəhimov Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdır. O, həmçinin qeyd etmişdir ki,  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çevik siyasəti nəticəsində ölkəmizin hərbi-siyasi və iqtisadi qüdrəti ildən-ilə güclənır. “Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq, son illər səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində mühüm nailiyyətlər qazanılıb”, - deyə Arzu Rəhimov vurğulamışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bölmənin şəxsi heyətini yeni binanın açılışı münasibətilə təbrik etmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramlarının regionların sosial-iqtisadi inkişafında yeni mərhələ açdığını bildirmişdir.
Sonda binanın açılışını bildirən lent kəsilmiş və tədbir  iştirakçıları burada yaradılan şəraitlə tanış olmuşlar.

Keçidlər