Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

2019-cu ildə rayonun sosial-iqtisadi və təsərrüfat sahələrində gördüyü işlərə dair hesabatı və 2020-ci ildə qarşıda duran vəzifələr haqqında hesabat yığıncağı keçirilmişdir

21 fevral 2020 | 16:00

Fevralın 20-də Rayon İcra Hakimiyyətində 2019-cu ilin yekunlarına həsr olunmuş  yığıncaq keçirilmişdir.
Tədbirdə yerli inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri,  iş adamları, sahibkarlar, ziyalılar, ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
              Tədbir iştirakçıları tərəfindən əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək dəstələri düzülmüş, icra hakimiyyətinin foyesində rayonda istehsal olunan məhsulların sərgisinə baxılmışdır.
              Tədbiri giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev Hesabat məruzəsini yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.
             Musa Şəkiliyev onu da qeyd etmişdir ki, 2020-ci ildə qarşıda duran vəzifələrin icrası ilə bağlı tədbirlər planına əsasən rayonda əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalının və turzim xidmətlərinin genişləndirilməsi və nəzərdə tutulmuş məsələlərin həyata keçirilməsi ilə bağlı işlərə artıq başlanılmışdır.
            Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış edərək, 2019-cu ildə respublikamızda sosial-iqtisadi sahədə görülən işlərdən danışmış, qarşıda duran vəzifələrdən bəhs etmişdir.
          Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər