Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Güllük kəndinin sakinləri ilə görüş keçirilib

25 fevral 2020 | 16:00

25 fevral 2020-ci il tarixində rayonun Güllük kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olunmuşdur. Müraciətlər kənd sakinlərinin yaşadığı ərazinin içməli su probleminin həlli ilə bağlı mövcud artezyan quyusunun yaxınlığına elektrik transformatorunun və mühərrikin quraşdırılması, kənddə yeni tikilmiş evlərin sənədləşməsinə və kəndin əsas küçəsinin işıqlanmasına köməklik götərilməsi ilə bağlı  olmuşdur.
       Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

 

 


 

Keçidlər