Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Karantin rejimi ilə əlaqədar rayonda ehtiyacı olan şəxslərə sosial xidmətlər göstərilir

07 aprel 2020 | 16:00

Rayonumuzda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar evdə özünütəcrid vəziyyətində qalan, sosial yardıma ehtiyacı olan 65 yaşdan yuxarı tənha və ahıl şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon  şöbəsinin sosial xidmət işçiləri və İnzibati Ərazi Dairələrində yaradılmış könüllü qruplar  tərəfindən sosial-məişət xidmətləri davam etdirilir. Müxtəlif ərzaq məhsulları ilə təminat, ev təsərrüfatı ilə bağlı təmizlik işlərində, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində onlara köməklik edilir.

Keçidlər