Evdə qal-dərsdən qalma, evde qal-evdə yarat
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq evdə qal dərsdən qalma layihəsi çərçivəsində rayonun ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində şagirdlərin dərsdən geri qalmaması üçün dərslər və məşğələlər online şəkildə davam etdirilir.
Qax Regional Mədəniyyət İdarəsinin əməkdaşları da xüsusi karantin rejimi dövründə evdə qalsalar da, sevimli peşələri ilə məşğul olurlar.
Rayon İncəsənət Məktəbinin müəllimləri şagirdlərinə onlayn qaydada dərslər keçir, musiqiçilər, ifaçılar isə “Evdə qal, evdə yarat!” təşəbbüsü ilə videogörüntülərlə musiqi və ifaçılıq bacarıqlarını nümayiş etdirirlər.
Həmçinin rayon Gənclər və İdman İdarəsinin əməkdaşları yaşı 65-dən yuxarı olan ahıl insanların evlərində olmuş, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən təxirəsalınmaz və qabaqlayıcı tədbirlər barədə məlumatlandırmış, onlara tibbi spirt, maska, əlcək, maye sabun və digər gigiyenik vasitələr paylamışlar.