Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Monte Ferro” MMC tərəfindən aztəminatlı ailələrə mövcud vəziyyətlə bağlı yardım göstərilmişdir

15 aprel 2020 | 16:00

 Nazirlər Kabineti yanında Operativ Qərargahın korona virusla bağlı ölkə ərazisində tətbiq etdiyi karantin rejimini nəzərə alaraq, Qax və Şəki rayonları ərazisində fındıq bağlarının salınması ilə məşğul olan “Monte Ferro” MMC-nin  əməkdaşları Qax rayonunun Qaşqaçay, Güllük, Almalı, Cəlayir, Zəyəm kəndlərində aztəminatlı ailələrə baş çəkmişlər. Ümumilikdə, 150 aztəminatlı ailəyə gündəlik qida məhsullarından ibarət ərzaq yardımı edilmişdir. Həmçinin sakinlərlə maarifləndirici söhbət aparılaraq,  pandemiyanın səbəb ola biləcəyi mənfi hallar, o cümlədən belə halların baş verməməsi üçün həyata keçirilən tədbirlərə mütləq riayət edilməsinin vacibliyi haqqında məlumat verilmişdir. Vətəndaşlar da edilən yardıma görə öz təşəkkürlərini bildirmişlər.

Keçidlər