Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

04 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilmişdir.

08 may 2020 | 16:00

Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas qrupu formatında mayın 4-də video konfrans vasitəsilə koronovirusla mübarizəyə həsr olunmuş “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda zirvə görüşü keçirilib. Azərbaycan 2011-ci ildə bu hərəkata üzv qəbul olunub. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanıb. 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür.
Zirvə görüşünə sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti qlobal təşəbbüsü ilə tarix yazdı. Dövlətimizin başçısı Bakıdan dünayaya çağırış etdi: “Yalnız birgə səylərlə COVİD-19-a qalib gələ bilərik”. Təqdirəlayiq haldır ki, Qoşulmama Hərəkatının bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə dəstəkləmişdir. Zirvə görüşündə sammitdə iştirak edən 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarına BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciəti təqdim olunub. Baş katib bu təşəbbüsə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib. Müraciətdə vurğulanıb ki, bu böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirləri tələb edir. Videomüraciətdə habelə   təşkilata üzv olan bir çox ölkələrin dövlət və hökumət başçılarının bütün çıxışlarında pandemiya ilə mübarizədə Azərbaycan Prezidentinin bu təşəbbüsü yüksək qiymətləndirilib. Bu, bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir.
Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfransı bir daha sübut etdi ki, Azərbaycan nəinki milli səviyyədə         COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə özünün mühüm töhfəsini verir. Həmçinin zirvə görüşündə bu qədər ölkənin iştirakı, BMT-nin baş katibinin belə bir görüşə görə ölkə başçısına təşəkkürü Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsi, qəbul olunmuş bəyannamədə dəyərli və vaxtında irəli sürülmuş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir.
Görüşdə cənab Prezident İlham Əliyev dünya ölkələrini pandemiya dövründə “özünəqapanmama”sına, səyləri birləşdirməyə, qeyri-qanuni maliyyə axınlarının qarşısının alınmasında  konkret tədbirləri davam etdirməyə, bu məqsədlə əlavə vəsaitləri səfərbər etməyə çağırıb. Qeyd edib ki, pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlmək mümkündür. Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermiş, ÜST-ə maliyyə yardımı ayırmışdır. Eyni zamanda ölkəmiz əlavə olaraq ÜST-ə bir daha könüllü maliyyə töhfəsi ayıracaqdır ki, bu dəstək zəruri ehtiyacların qarşılanması üçün koronovirusdan ən çox zərər çəkmiş Qoşulmama Hətəkatı üzvlərinə yönəldiləcəkdir. Ölkəmizdə də  infeksiyanın yayılmasına qarşı olduqca çevik reaksiya verilmiş, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış, dövlət qurumları arasında əlaqələndirmə təmin edilmiş, infeksiyadan qorunmaq üçün əhaliyə sosial məsafə kimi tədbirlərin önəmi geniş izah edilmiş, koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmış, virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilmişdir. Ölkədə  iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur. Dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir. İşsiz şəxslərin sosial müdafiəsi üçün ilin sonuna qədər 90 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulur. Bu çətin dönəmdə Azərbaycanda həyata keçirilən siyasət bir sıra ölkələr üçün nümunə ola bilər. Sadalanan faktlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunun daim artdığının göstəricisidir.
ÜST Baş direktoru COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir etməsi, təşəkkür məktubu ilə koronavirusa qarşı ölkəmizdə aparılan mübarizənin düzgünlüyünü vurğulaması bir daha dövlətimiz onun sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını isbat edir.
Bundan əvvəl də Cənab İlham Əliyevin sədrliyi ilə  Türk Şurasının  COVID-19 pandemiyası ilə birgə mübarizəyə həsr olunmuş fövqəladə zirvə video-konfransı keçirilmişdir. Bu, türk dünyasının birliyinin daha da möhkəmləndirilməsi yönündə yeni uğur və önəmli addım idi. Dünyanın bir  çox  ölkələri pandemi¬ya ilə mübarizədə öz problemlərinin həlli üçün çaş-baş qaldığı bir vaxtda, türk dövlətləri təkcə bir-birilərinə yox, həm də digər ölkələrə kömək etməsi, birlik, həmrəylik nümayiş etdirməsi daha böyük dəyərlərə sahib ol¬duqlarını nümayiş etdirirlər. Bu təşəbbüsün Azərbaycandan gəlməsi isə onun hüdudlarından uzaqlarda yaşayan hər bir soydaşımızı qürur¬landırır. Hər iki zirvə göstərdi ki,  şura sədri olaraq Azərbaycan Prezidenti İlham Əliyev fövqəladə şəraitdə də öz vəzifəsini lazımınca yerinə yetirir, bu  bütün dünya üçün örnək ola biləcək birlik və eyni zaman¬da, etibarlı əməkdaşlıq nümunəsidir.
COVİD-19-a cavab olaraq Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli zirvə görüşündə 18 bənddən ibarət bəyannamə qəbul edildi. Sənəddə hərəkat üzvlərinin müxtəlif sahələr üzrə bir-birinə dəstəyi öz əksini tapdı. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan prezidentinin növbəti qlobal təşəbbüsü pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlər arasındakı əməkdalığı daha da dərinləşdirəcəkdir.
Dünyanın əksər ölkələrində ciddi fəsadlar törədən pandemiyaya qarşı mübarizədə bütün dövlətləri birləşdirməyə çalışmaq Azərbaycanın humanist siyasət yürütdüyünün və dünyada yaşayan bütün insanların sağlamlığının qorunmasına öz töhfəsini verdiyinin əyani göstəricisidir. Çünki pandemiyanın ağır fəsadlarından qurtulmaq üçün bütün ölkələrin və beynəlxalq təşkilatların həmrəyliyi son dərəcə vacibdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşü onun əsas qayəsinin qlobal pandemiya ilə mübarizə məqsədilə beynəlxalq həmrəyliyi daha da möhkəmləndirmək, dünya dövlətlərini bu məqsdlə birliyə dəvət etmək bəşəriyyəti bu dəhşətli bəladan xilas etmək üçün onları bir araya gətirməkdə olduğununun, habelə  Azərbaycanın dünya miqyasında nüfuzunun daim artdığının göstəricisidir.


Azərbayan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti tərəfindən İmişli  Rayon İcra hakimiyyəti başçısının həbs olunması

Ölkə başçısı cənab İlam Əliyev daima Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, qüdrətlənməsinə, ölkəmizin unikal inkişaf modelinin dünyada tanınmasına töhfə verməyə çalışanların  fəaliyyətini yüksək dəyərləndirib. Həmçinin ölkə başçısı dəfələrlə çıxışlarında ölkədə korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacağını, dövlətin, xalqın maraqlarına zidd addım atan məmurların cəzalandırılacağı haqda dəfələrlə sərt xəbərdarlıq edib. Prezidentin bu məsələyə dəfələrlə  toxunması korrupsiyaya qarşı qəti mövqeyinin ifadəsidir. Lakin ölkə başçısının xəbərdarlıqlarına baxmayaraq, bəzi vəzifəli şəxslər öz vəzifələrinə çox məsuliyyətsiz şəkildə yanaşırlar. Nəticə isə göz qabağındadır. Beş icra başçısı və onların tabeliyində olan şəxslər korrupsiya faktları ilə məsuliyyətə cəlb edilib. Xüsusilə də koronavirus pandemiyası dövründə vətəndaşa ayrılan dövlət dəstəyinin məsimsənilməsi qəbuledilməz haldır. Bu məsələlər cənab Preidentin hər zaman diqqət mərkəzindədir. Azərbaycan Respublikası Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəsinin təyin edilməsi də Azərbaycanda Korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür.
Baş prokuror Kamran Əliyevi  qəbul edərkən cənab Prezidentin  icra başçılarının korrupsiya hallarını xüsusilə qabartması isə onun siyasi iradəsini və qətiyyətini göstərməklə, bu neqativ hallara qarşı daha sərt addımların atılacağının anonsu idi. Ölkə qanunlarını heçə sayan,  korrupsiyaya bulaşan bütün vəzifəli şəxslər haqqında  müvafiq araşdırmalar aparılır. Bu gün həyata keçirilən kadr islahatları məhz peşəkarlığın təminatına, eyni zamanda, ölkənin dayanıqlı inkişafı üçün yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasına xidmət edir. İslahatları yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma kimi dəyərləndirən cənab İlham Əliyev bildirib ki, digər sahələrdə olduğu kimi, hüquq mühafizə orqanlarında da islahatlara böyük ehtiyac var. Prezident tərəfindən ölkədə başlayan inqilabi islahatların bütün sahələri əhatə etməsi xalq tərəfindən güclü dəstəklənir. 
Rüşvətxorluqla, korrupsiya ilə məşğul olan, bu çirkin yoldan əl çəkməyən məmurlara qarşı ciddi mübarizə aparılacaq, lazım gəlsə, bundan sonra da həbslər silsilə şəkilində davam etdiriləcəkdir. Yəni hər bir məmur  sonrakı həyatını özü seçməlidir, ya normal vəzifə sahibi kimi, təmiz işləməlidir, Ölkə başçısının son zamanlar etdiyi çıxışların, verdiyi bəyanatların, gördüyü tədbirlərin xarakteri də təsdiq edir ki, rüşvətxor və korrupsioner məmurlarla mübarizə müvəqqəti yox, ardıcıl xarakter daşıyır. Buna görə də ölkədə yeni dövrün başlandığını hər bir məmur nəzərdən keçirib, fəaliyyətində konkret korrektələr aparmalıdır.Ölkə prezidentinin yüksək vəzifə verib irəli çəkdiyi, etibar etdiyi şəxslərin bu cür yanlış hərəkətlərinə haqq qazandırmaq qeyri-mümkündür və çox haqlı olaraq, cənab Prezident bu cür xəyanətkarları bağışlamır və bağışlamayacaqdır!

Keçidlər