Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

3330 hektar sahədə yazlıq bitkilər əkilib

14 may 2020 | 16:00

 Rayonumuzun təsərrüfatlarında yazlıq bitkilərin əkini mütəşəkkil davam etdirilir.  İstehsalçılar tərəfindən indiyədək 3330 hektar sahədə yazlıq bitkilər əkilmişdir.
Torpaq mülkiyyətçiləri bu günədək 320 hektar sahədə kartof, 226 hektarda tərəvəz, 210 hektarda vələmir, 53 hektarda dənli paxlalılar, 25 hektarda şəkər çuğunduru, 161 hektarda bostan bitkiləri əkmiş, 800 hektar sahəyə yonca səpmişlər.
Builki mövsümdə rayonda 500 hektaradək sahədə tütün əkilməsi proqnozlaşdırılır. Məhsul istehsalçıları indiyədək 235 hektar sahəyə tütün şitilləri köçürmüşlər.
Təsərrüfatlarda dən üçün qarğıdalı əkini də davam edir. Cari mövsümdə rayonda 1750 hektar sahədə dən üçün qarğıdalı əkilməsi nəzərdə tutulur. Fermerlər bu günədək 1300 hektar sahəyə qarğıdalı əkmişlər.

Keçidlər