Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda indiyədək 1600 hektar sahəyə qarğıdalı səpilmişdir.

22 may 2020 | 16:00

Bu il  rayonun təsərrüfatlarında 1750 hektar sahədə qarğıdalı əkilməsi nəzərdə tutulmuşdur.  Hazırda   təsərrüfatlarda  qarğıdalı  səpini  yekunlaşmaq   üzrədir. Fermerlər  bu  günədək 1600 hektar sahəyə qarğıdalı səpiblər. Təsərrüfat  sahibləri səpin zamanı Türkiyədə istehsal olunan yüksək məhsuldar toxum sortlarına üstünlük verilmişdir.
İndiyədək rayonun Tasmalı kəndində 250 hektar, Ləkit kəndində 230 hektar, Qorağan kəndində 200 hektar, Qax Aqroparkının ərazisində isə 180 hektar sahəyə qarğıdalı toxumu səpilmişdir.
Fermerlər ötənilki mövsümdə 1720 hektar qarğıdalı sahəsindən 12 min 758 ton məhsul əldə etmişlər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 421 ton artmışdır. Hər hektardan orta hesabla 74,2 sentner məhsul götürülmüşdür.
Təsərrüfatlarda tütün əkini də mütəşəkkil davam etdirilir. Cari ildə rayonda 500 hektar sahədə tütün əkini proqnozlaşdırılır.  Fermerlər  bu günədək 354 hektar sahəyə tütün şitilləri köçürülmüşdür.

Keçidlər