Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Bu il Qax Damazlıq İpəkçilik Stansiyasında ilk dəfə elit ipəkqurdunun yemlənməsi həyata keçirilmişdir.

22 may 2020 | 16:00

Bu il rayonumuzda 445 kümçüyə 860 qutu ipəkqurdu paylanılmışdır. Bunun 620 qutusunu damazlıq elit, 240 qutusunu isə hibrid sənaye ipəkqurdu təşkil etmişdir. Hazırda rayonda damazlıq elit ipəkqurdunun yemlənməsi ilə 395 kümçü, hibrid sənaye ipəkqurdunun yemlənməsi ilə isə 50 kümçü məşğul olur. Bu il ilk dəfə olaraq stansiyanın özündə yerli istehsal hesabına hazırlanmış damazlıq elit ipəkqurdunun yemlənməsi prosesi də həyata keçirilmişdir.
Ötənilki mövsümdə rayonun kümçüləri tərəfindən istehsal  olunan  damazlıq  baramadan 5 min qutu ipəkqurdu toxumu hazırlanmışdır. Bu il həmin toxum Çindən alınaraq ölkəmizə gətirilən 15 min qutu hibrid ipəkqurdu sənaye toxumu ilə birlikdə inkubasiya olunaraq respublika kümçülərinə paylanılmışdır. Cari  mövsümdə  stansiyada 15-16 min qutu ipəkqurdu toxumunun hazırlanması nəzərdə tutulur.

Keçidlər