Gənclərin Karyera və İnkişaf Mərkəzinin Qax nümayəndəliyinin könüllüləri tərəfindən "Bir-birimizi qoruyaq" adlı kampaniyaya start verilmişdir
22 may 2020 | 16:00
Kampaniya çərçivəsində gənclər əhalinin kütləvilik təşkil etdiyi ərazilərdə, kənd təsərrüfatı məhsullarının satış məntəqələrində, mərkəzi küçə və prospektlərdə, bankomatların qarşısında insanlar arasında maarifləndirmə işləri aparmış, qoruyucu vasitələrdən istifadənin sağlamlığımız üçün əhəmiyyətli olmasından söz açmışlar. Vətəndaşların əllərini dezinfeksiya etdikdən sonra onlara əlcək və maska paylanılmışdır.