Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Taxıl biçininə hazırlıq və yanğın təhlükəsizliyi ilə əlaqədar onlayn müşavirə keçirilmişdir

02 iyun 2020 | 16:00

01 iyun 2020-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin sədrliyi ilə Qərargah üzvlərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin, əlaqədar təşkilatların, iri taxıl istehsalçılarının, “Aqroservis” təmsilçilərinin  iştirakı ilə taxıl biçininə hazırlıq və yanğın təhlükəsizliyi ilə əlaqədar onlayn müşavirə keçirilmişdir.
Müşavirədə taxıl biçini kompaniyasının mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, təhlükəsizlik tədbirləri, kənd təsərrüfatı texnikalarının hazırlıq vəziyyəti ilə bağlı məsələlər müzakirə olunmuşdur.
RİH başçısı Musa Şəkiliyev müşavirəni açaraq mühüm strateji məhsul olan taxıl və digər dənli bitkilərin vaxtında və itkisiz yığımı ilə əlaqədar həyata keçirilən tədbirlərdən, qarşıda duran təxirəsalınmaz vəzifələrdən danışmışdır. Taxıl biçininin itkisiz və vaxtında başa çatdırılması üçün RİH-də Qərargah yaradıldığını, həmçinin yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasının vacibliyini xüsusi vurğulayaraq mövsüm ərzində yanğın təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı tədbirlərə dair Tədbirlər Planının hazırlandığını bildirmişdir. Diqqətə çatdırmışdır ki, biçilmiş taxıl zəmilərində  küləş yandırılmasına yol verilməməlidir, əgər taxıl zəmiləri meşə zolaqları, avtomobil və dəmir yollarına yaxındırsa, onların arası eni 4 metrdən az olmayaraq şumlanmalıdır.  Həmçinin RİH  başçısı  meşə fondu, eləcə də Xüsusi Mühafizə olunan Təbiət Ərazilərində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlar tərəfindən 24 saatlıq növbətçiliyin təşkil olunmasının və yerlərdə baş verə biləcək hər hansı yanğın təhlükəsinin qarşısının operativ şəkildə alınmasına cəlb olunacaq könüllü dəstələrin yaradılmasının vacibliyini qeyd etmişdir.
Habelə müşavirədə bu il rayonda 13026 hektar sahədə taxıl, o cümlədən 10270 hektarda buğda, 2756 hektarda arpa yetişdirildiyi bildirilmişdir. Biçin kompaniyasına 30-dan artıq kombayn, kifayət qədər  nəqliyyat vasitələri, qoşqular və digər kənd təsərrüfatı texnikaları cəlb ediləcəkdir.
Müşavirədə rayon DAİM-nin Texninki Nəzarətin Təşkili üzrə baş məsləhətçisi Ə.Məmmədov, Dövlət Yanğından Mühafizə hissəsinin rəisi İ.Bayramov, Aqrolizing ASC rayon bölməsinin rəhbəri Ə.Mirzəyev, FHN Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti idarəsinin böyük inspektoru R.Namazov, İlisu Dövlət Təbiət Qoruğunun direktoru Q.Əfəndiyev, Şəki Regional Meşə Təsərrüfatı Mərkəzi Qax Meşəbəyliyinin baş mütəxəssisi İ.Abbasov, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin ƏƏM və EM sektorunun müdiri N.Sübayev, Zaqatala rayon Regional Qaz İstismar İdarəsinin Qax xidmət sahəsi üzrə rəis müavini H.Qasımov,  rayon Elektrik şəbəkəsinin rəisi İ.Hüseynov, rayon Polis şöbəsi İctimai Təhlükəsizlik bölməsinin rəhbəri Ə.İbrahimov çıxış edərək taxıl biçininə hazırlıq və havaların istiləşməsi ilə yanğın təhlükəsinin artmasıyla əlaqədar həyata keçiriləcək tədbirlər barədə danışdılar.

 

Keçidlər