Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Gələcəyin mühəndisi” müsabiqəsində Qax məktəblisi III yerə layiq görülüb

09 iyun 2020 | 16:00

         3-4 iyun tarixlərində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Tusi-Bohm planetariumun birgə əməkdaşlığı çərçivəsində “Gələcəyin mühəndisi” II Respublika müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində əsas məqsəd iştirakçıların astronomik biliklərinin əhatəsinin genişləndirilməsi, kosmik cihazların maketinin hazırlanması, bu sahədə bacarıqlı kadrların aşkarlanması, məktəblilərin astronomiya dərnəklərində fəal iştirakının təmin edilməsindən ibarətdir.      
          Həmin müsabiqədə Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin “İbtidai texniki modelləşdirmə” dərnəyinin üzvü, Güllük kənd tam orta məktəbin şagirdi Şahabbaslı Şahabbas Eldəniz oğlu da iştirak etmiş və III yerə layiq görülmüşdür.
          Qax rayon İcra Hakimiyyəti qazandığı bu nailiyyətə görə Şahabbaslı Şahabbası təbrik edir, təhsildə yeni-yeni müvəffəqiyyətlər qazanmasını arzulayır.

 

Keçidlər