Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Kümçülər qəbul məntəqəsinə 4,5 ton yaş barama təhvil veriblər

13 iyun 2020 | 16:00

Builki mövsümdə barama yetişdirmək üçün  rayonda 445 kümçüyə 860 qutu ipəkqurdu paylanılıb. Bunun 620 qutusunu damazlıq elit, 240 qutusunu isə hibrid sənaye ipəkqurdu təşkil edir. Hazırda rayonda istehsalçılardan yaş barama tədarükü davam edir. Kümçülər indiyədək Qax Damazlıq İpəkçilik Stansiyasındakı qəbul məntəqəsinə 4,5 tonadək yaş barama təhvil veriblər.
        Tədarük prosesində stansiyanın və “Azəripək” MMC-nin mütəxəssisləri iştirak edirlər. Kümçülərdən yaş baramanın qəbulu pandemiya dövrünün tələblərinə riayət etməklə həyata keçirilir. Barama tədarükü qapalı məkanda aparıldığından məntəqənin işçiləri və kümçülər tibbi maskalardan istifadə edir, sosial məsafəni qoruyurlar.

Keçidlər